“Intel" yarımkeçirici çip sənayesinə 600 milyon dollar investisiya yatıracaq

“Intel" yarımkeçirici çip sənayesinə 600 milyon dollar investisiya yatıracaq Bunun, təkcə 200 milyon ABŞ dolları İsrailin Hayfa şəhərində qurulacaq “Mega Çip Dizayn Mərkəzi" üçün xərclənəcək
Sənaye
3 May , 2021 12:21
“Intel yarımkeçirici çip sənayesinə 600 milyon dollar investisiya yatıracaq

ABŞ-ın Silikon Vadisi mərkəzli yarımkeçiricilər və mikroprosessorların istehsalçısı “Intel Corp” İsraildə ümumi dəyəri 600 milyon ABŞ dolları olan bir araşdırma və inkişaf (AR-GE) mərkəzi quracaq.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bunun, təkcə 200 milyon ABŞ dolları İsrailin Hayfa şəhərində qurulacaq “Mega Çip Dizayn Mərkəzi" üçün xərclənəcək.

“Xərclərin 400 milyon dolları şirkətin Qüdsdəki sürücüsüz avtomobillər və sürücü yardım sistemləri inkişaf etdirən törəmə müəsisəsi “Mobileye”ni AR-GE mərkəzinə çevrilməsinə sərf ediləcək. Qalan 200 milyon ABŞ dolları isə Hayfada qurulacaq "mega çip dizayn mərkəzi" üçün xərclənəcək”, - deyə “İntel”in CEO-su Pat Gelsinger bildirib.

Xatırladaq ki, “Intel” İsrail mərkəzli Mobileye şirkətini 2017-ci ildə 15,3 milyard ABŞ dollara satın alıb. Bundan sonra isə, “İntel” İsrail mərkəzli digər texnologiya şirkətləri “Habana Labs”ı 2 milyard ABŞ dollara və “Moovit”i 900 milyon ABŞ dollara satın alıb.

Son xəbərlər

Orphus sistemi