İZİA: Sumqayıt Kimya Sənaye Parkına 5,5 milyard manatdan çox sərmayə yatırılıb

İZİA: Sumqayıt Kimya Sənaye Parkına 5,5 milyard manatdan çox sərmayə yatırılıb Cənubi Qafqazın ən böyük sənaye parkı olan Sumqayıt Kimya Sənaye Parkında ümumi investisiya həcmi 6,2 milyard manat olan 40 sahibkarlıq subyektinə rezidentlik statusu verilib.
Sənaye
17 İyul , 2024 11:51
İZİA: Sumqayıt Kimya Sənaye Parkına 5,5 milyard manatdan çox sərmayə yatırılıb

Cənubi Qafqazın ən böyük sənaye parkı olan Sumqayıt Kimya Sənaye Parkında ümumi investisiya həcmi 6,2 milyard manat olan 40 sahibkarlıq subyektinə rezidentlik statusu verilib.

"Report" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) şöbə müdiri Kamran Rəhimli sənaye parkına təşkil olunmuş mediatur çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, indiyədək Sənaye Parkına 5,5 milyard manatdan çox sərmayə yatırılıb, 6 800-dək daimi iş yeri yaradılıb: "Yeni fəaliyyətə başlayacaq iki müəssisədə ümumilikdə 40 milyon manata yaxın investisiya qoyulmaqla 300-dən artıq əlavə iş yeri yaradılacaq".

Şöbə müdiri əlavə edib ki, mövcud layihələr üzrə sənaye parkına əlavə olaraq 554 milyon manat investisiyanın yatırılması, 2 200-dən çox iş yerinin yaradılması nəzərdə tutulur: "Bu günədək parkın rezidentləri tərəfindən ümumilikdə 11,6 milyard manatdan çox məhsul satışı həyata keçirilib ki, bunun da 4,1 milyard manatdan çox hissəsi (təxminən 35,3 %-i) ixracın payına düşür".

K.Rəhimli vurğulayıb ki, bu ilin birinci yarısında Sumqayıt Kimya Sənaye Parkında 1,3 milyard manatlıq məhsul istehsal edilib və bunun da 455 milyon manatlıq hissəsi ixrac olunub.

Son xəbərlər

Orphus sistemi