Mikroçip qıtlığı səbəbindən qlobal avtomobil istehsalı 10 milyonadək azalacaq

Mikroçip qıtlığı səbəbindən qlobal avtomobil istehsalı 10 milyonadək azalacaq Mikroçip qıtlığı və tədarük zəncirlərindəki fasilələr üzündən cari ildə əvvəllər nəzərdə tutulduğundan 9,6 milyon az, o cümlədən Avropada 3 milyon az avtomobil istehsal olunacaq.
Sənaye
27 Dekabr , 2021 17:58
Mikroçip qıtlığı səbəbindən qlobal avtomobil istehsalı 10 milyonadək azalacaq

Mikroçip qıtlığı və tədarük zəncirlərindəki fasilələr üzündən cari ildə əvvəllər nəzərdə tutulduğundan 9,6 milyon az, o cümlədən Avropada 3 milyon az avtomobil istehsal olunacaq.

“Report” “The Telegraph”a istinadən xəbər verir ki, bu barədə “LMC Automotive” analitik mərkəzinin araşdırmasında bildirilir.

Araşdırmaya görə, sentyabr ayında “IHS Markit” mərkəzi eyni səbəbdən 10,6 milyon az avtomobil istehsal ediləcəyini açıqlamışdı.

“LMC Automotive”in qlobal istehsalat direktoru Castin Koks qeyd edib ki, hökumətlər və istehsalçı şirkətlər istehsalatı artırmaq istiqamətində təcili addımlar atdıqları üçün son həftələr ərzində vəziyyət bir qədər düzəlib. Bununla belə, hər iki təhlil mərkəzinin qənaətinə görə, avtomobil istehsalatı sahəsində vəziyyətin gələn ilin ikinci yarısınadək əhəmiyyətli şəkildə yaxşılaşacağı ağlabatan deyil, mikroçip qıtlığı isə 2023-cü ilədək davam edəcək.

Bütövlükdə cari ildə dünyada 84,9 milyon minik avtomobili istehsal olunacağı göözlənilir ki, bu da ötən ilə nisbətən 12 % çoxdur.

Son xəbərlər

Orphus sistemi