Bu günə qədər Neftçala Sənaye Məhəlləsinə 46,1 milyon manat investisiya qoyulub, 290-a yaxın daimi iş yeri yaradılıb.
Bu barədə “Report”un sorğusuna cavab olaraq İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyindən bildirilib.
Məlumata görə, Məhəlləyə mövcud layihələr üzrə əlavə olaraq 14,4 milyon manat investisiya yatırılması, əlavə olaraq 200-dən artıq iş yerinin yaradılması nəzərdə tutulur.
Bundan başqa, indiyə qədər Məhəllədə ümumi dəyəri 180 milyon manatdan çox olan məhsul istehsal edilib, bunun da 1 milyon manatlıq hissəsi ixrac olunub. Təkcə bu ilin 9 ayında isə istehsalın ümumi dəyəri 30 milyon manat təşkil edib.