Pirallahı Sənaye Parkının rezidentlərinin sayı 7-yə çatıb

Pirallahı Sənaye Parkının rezidentlərinin sayı 7-yə çatıb “Falck” MMC-yə Pirallahı Sənaye Parkının rezidenti statusu verilib, bununla da Parkın rezidentlərinin sayı 7-yə çatıb.
Sənaye
25 İyul , 2024 10:47
Pirallahı Sənaye Parkının rezidentlərinin sayı 7-yə çatıb

“Falck” MMC-yə Pirallahı Sənaye Parkının rezidenti statusu verilib, bununla da Parkın rezidentlərinin sayı 7-yə çatıb.

"Report" bu barədə İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinə istinadən xəbər verir.

Məlumata görə, müəssisədə qan depolama və test qablarının istehsalı həyata keçiriləcək. İnvestisiya həcmi 4 milyon manat olan müəssisədə 40 nəfərin daimi işlə təmin edilməsi nəzərdə tutulur. Müəssisədə istehsal olunan məhsulların daxili bazara satılması ilə yanaşı, ixracı da planlaşdırılır.

Son xəbərlər

Orphus sistemi