İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili üzrə Auksion Mərkəzi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən faydalı qazıntı yataqlarının istifadəyə verilməsi üzrə hərracların təşkili davam etdirilir.
“Report”un nazirliyə istinadən verdiyi məlumata görə, Əmlak Xidmətləri Məkanında növbəti hərrac keçirilib. Qusar rayonu ərazisində yerləşən “Qənərçay” qum-çınqıl yatağı 5 lot üzrə hərraca çıxarılıb. Hər bir lot üzrə həcmi 210 min kub metr, sahəsi 70 min kvadrat metr olan faydalı qazıntı yatağı 25 ilədək müddətə istifadəyə verilib (
Hərracla bağlı İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər, Fövqəladə Hallar nazirliklərinin və Qusar Rayon İcra Hakimiyyətinin əməkdaşlarından ibarət Ekspert Komissiyası yaradılıb.
Qeyd edək ki, faydalı qazıntı yataqlarının istifadəyə verilməsi üzrə il ərzində 5 hərrac keçirilib. Hərraclarda 13 lot üzrə 5 faydalı qazıntı yatağı istifadəyə verilib. Bunlar “Göygöl” gil, “Atyal” dolomit, “Qarasuçay”, “Horadiz” və “Qənərçay” qum-çınqıl yataqlarıdır.