Bu gün dünyanın 28 ən iri dağ-mədən şirkəti üzərinə 2050-ci ilə kimi və ya daha əvvəl ətraf mühitə birbaşa və dolayı karbon qazı tullantılarının səviyyəsini sıfır həddinə çatdırmağa dair öhdəlik götürüb.
“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Dağ-Mədən və Metallurgiya Sənayesi üzrə Beynəlxalq Şuranın (ICMM) bəyanatında deyilir.
Qeyd edilir ki, karbon qazı emissiyası bərpa olunan enerji mənbələrindən istifadənin sürətləndirilməsi, həmçinin dizellə işləyən yük avtomobillərindən istifadənin məhdudlaşdırılması və ya onlardan tamamilə imtina edilməsi hesabına azaldılacaq.