Zakir İbrahimov: “AzerGold” bu il dövlət büdcəsinə 18,1 milyon manat köçürüb”

Zakir İbrahimov: “AzerGold” bu il dövlət büdcəsinə 18,1 milyon manat köçürüb” “AzerGold” QDC fəaliyyət göstərdiyi dövr ərzində 254,5 min unsiya qızıl və 456,3 min unsiya gümüşün satışından ölkə iqtisadiyyatına 657 milyon manatdan çox vəsait cəlb edib
Sənaye
31 İyul , 2021 15:01
Zakir İbrahimov: “AzerGold” bu il dövlət büdcəsinə 18,1 milyon manat köçürüb”

“AzerGold” ASC fəaliyyət göstərdiyi dövr ərzində 254,5 min unsiya qızıl və 456,3 min unsiya gümüşün satışından ölkə iqtisadiyyatına 657 milyon manatdan çox vəsait cəlb edib.

“Report”un “AzerGold” ASC-yə istinadən verdiyi məlumata görə, bunu Səhmdar Cəmiyyətin İdarə Heyətinin sədri Zakir İbrahimov bu ilin birinci yarısının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirədə bildirib.

Onun sözlərinə görə, bu müddətdə əlvan metal layihələrinin icrası məqsədilə dövlət büdcəsindən şirkətə 47 milyon manat, yəni ümumi satış dövriyyəsinin cəmi 7,1 %-i həcmində vəsait ayırılıb: “Bununla belə, şirkət qızıl mədəni layihələri üzrə dövlət büdcəsindən asılılığı tam olaraq aradan qaldırıb”.

O bildirib ki, bu ilin birinci yarımilində Cəmiyyətin vergi ödənişləri də vaxtında və tam həyata keçirilib: “Ümumilikdə, cari ilin birinci yarımilində dövlət büdcəsinə 18,1 milyon manat məbləğində vəsait köçürülüb. Bu vəsaitin 16,6 milyon manatı vergi, 1,5 milyon manatdan çoxu isə Dövlət Sosial Müdafiə Fonduna ödənişlər təşkil edib”.

Z. İbrahomov qeyd edib ki, ümumilikdə, Cəmiyyətin fəaliyyəti dövründə dövlət büdcəsinə 59 milyon manata yaxın məbləğdə vergi və rüsumlar ödənilib.

Son xəbərlər

Orphus sistemi