Ötən il "AzerGold" QSC-nin “Tutxun” qızıl təzahürü sahəsində başlanılan ilkin tədqiqat işləri gələcəkdə təkcə Kəlbəcər deyil, bütövlükdə Şərqi Zəngəzur iqtisadi rayonunun sosial-iqtisadi inkişafına müsbət təsir edəcək.
"Report" səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, bunu qurumun İdarə Heyətinin sədri Zakir İbrahimov bildirib.
Onun sözlərinə görə, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində əlvan metal ehtiyatlarının potensialı bu sahənin gələcək inkişafında böyük rol oynayacaq.
Z.İbrahimov şirkətin bundan sonrakı mərhələlərdə də dövlətin bu istiqamətdə aparacağı vahid siyasətə bütün resursları vasitəsilə dəstək verəcəyini vurğulayıb.