Bakının polşalı baş memarının xatirəsinə həsr olunmuş sərgi keçiriləcək

Bakının polşalı baş memarının xatirəsinə həsr olunmuş sərgi keçiriləcək Polşalı memar Yuzef Qoslavskinin xatirəsinə həsr olunmuş sərgi təşkil olunacaq.
Sərgilər
10 İyul , 2024 22:28
Bakının polşalı baş memarının xatirəsinə həsr olunmuş sərgi keçiriləcək

Polşalı memar Yuzef Qoslavskinin xatirəsinə həsr olunmuş sərgi təşkil olunacaq.

“Report” Polşa səfirliyinin mətbuat xidmətinə istinadən bildirir ki, bu barədə Milli Azərbaycan Tarixi Muzeyi ilə Polşanın Bakıdakı səfirliyi arasında razılaşma əldə olunub.

“Polşanın Bakıdakı səfirliyi və Milli Azərbaycan Tarixi Muzeyi arasında Polşa memarı Yuzef Qoslavskinin (1865-1904) xatirəsinə həsr olunmuş sərginin təşkili ilə bağlı razılaşma imzalanıb. Muzeydə səfir Rafal Poborski Azərbaycan tarixinə dair yeni açılmış daimi sərgiyə də baxıb”.

Qeyd edək ki, Yuzef Qoslavski 1892-ci ildə Bakı şəhərinin baş memarı vəzifəsinə təyin olunub. Baş memarın yaradıcılığı şəhərin inkişafında dönüş nöqtəsi olub. O, küçə və məhəllələrin abad edilməsinə geniş təsir göstərib və nəhayət, Bakıya əsl Şərqi Avropa şəhərinə xas olan incə zövq, keyfiyyət və səciyyəvi xüsusiyyətlər verib. Alim 1904-cü ildən Bakıda vəfat edib.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev 2017-ci ildə Polşanın paytaxtı Varşavada səfəri zamanı Qoslavski və digər polşalı memarların “layihələri ilə inşa edilmiş binaların bu gün də Bakıya gözəllik verən memarlıq nümunələri olduğunu” bildirmişdi.

Son xəbərlər

Orphus sistemi