İyunun 3-də Azərbaycanın Baş naziri Əli Əsədov Belarusa işgüzar səfəri çərçivəsində Minskdə “Belaqro 2024” Beynəlxalq ixtisaslaşdırılmış sərgisini ziyarət edib.
Bu barədə "Report"a Azərbaycan Nazirlər Kabinetindən bildirilib.
Ə.Əsədov və Avrasiya İqtisadi İttifaqına üzv dövlətlərin hökumət başçıları geniş çeşidli aqrosənaye məhsullarının, kənd təsərrüfatı texnikası və avadanlıqlarının müasir nümunələrinin, bitkiçilik, heyvandarlıq və quşçuluğun inkişafında qabaqcıl istiqamətlərin nümayiş etdirildiyi sərgi ilə tanış olublar.