Fransanın paytaxtı Parisdə azərbaycanlı fotoqraf Reza Deqatinin fotosərgisi nümayiş olunub.
“Report”un yerli bürosu bildirir ki, dünya şöhrətli fotoqrafın “Kamerunun Gözləri” fotosərgisi məşhur Paris Teatrında (Théâtre de Paris) təşkil edilib.
Fotoqrafın Kameruna həsr etdiyi şəkilləri sərgi iştirakçılarını Kameruna yeni gözlə baxmağa imkan yaradır. Universallıq prinsipinə hər zaman vəfalı olan azərbaycanlı sənətkarın fotoları sərgi iştirakçılarına Kamerunu yenidən kəşf etməyə çağırır.
Xatırladaq ki, fotoqraf Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün bir çox Avropa ölkələrində sərgilər təşkil edib, dəfələrlə ermənilərin hücumuna məruz qalıb.