Qubada mərhum jurnalist Raşbil Zaxaryayevin 85 illiyinə həsr olunan sərgi keçirilib

Qubada mərhum jurnalist Raşbil Zaxaryayevin 85 illiyinə həsr olunan sərgi keçirilib Quba rayonunda Dağ Yəhudilərinin İrsi Mərkəzində əməkdar jurnalist Raşbil Zaxaryayevin 85 illiyinə həsr olunan sərgi keçirilib.
Sərgilər
21 İyul , 2024 18:14
Qubada mərhum jurnalist Raşbil Zaxaryayevin 85 illiyinə həsr olunan sərgi keçirilib

Quba rayonunda Dağ Yəhudilərinin İrsi Mərkəzində əməkdar jurnalist Raşbil Zaxaryayevin 85 illiyinə həsr olunan sərgi keçirilib.

"Report"un Şimal bürosunun məlumatına görə, sərgidə bir sıra xarici ölkələrin Azərbaycanda fəaliyyət göstərən səfirləri, dövlət rəsmiləri və yerli icra hakimiyyəti orqanlarının nümayəndələri iştirak ediblər.

Sərgidə açılış nitqi ilə çıxış edən Rusiya Yəhudi Konqresinin vitse-prezidenti, "STMEGİ" Beynəlxalq Dağ Yəhudiləri Fondunun prezidenti German Zaxaryayev atası Raşbil Zaxaryayevin yubileyinə həsr olunmuş sərginin əhəmiyyətindən bəhs edərək, onun xatirələrindən danışıb. O, çıxışı zamanı “Azərbaycanın etnomədəni müxtəlifliyi” kitabının yeni nəşrinin təqdim edərək kitab haqqında qısa məlumat verib.

Tədbirdə iştirak edən İsrailin Azərbaycandakı səfiri Corc Dik, Bakı şəhəri Dağ Yəhudiləri dini icmasının sədri Milix Yevdayev, Azərbaycan Respublikasının Milli Məclisinin millət vəkilləri Vahid Əhmədov, Anatoliy Rafailov, Quba Rayon İcra Hakimiyyətinin başçısının müavini Səidə Abasova, Qubada və Moskvada Azərbaycan və rus dillərində nəşr olunan “Birlik-Edinstvo” qəzetinin redaktoru Nəcəfqulu Nəcəfov əməkdar jurnalistin həyat və yaradıcılığı ilə bağlı çıxış edərək öz xatirələrini bölüşüblər.

Tədbirdə Qırmızı qəsəbənin İ.Xanukov adına 1 nömrəli tam orta məktəbinin şagirdləri Raşbil Zaxaryayevin qələmə aldığı şeir parçalarından nümunələr səsləndiriblər.

Son xəbərlər

Orphus sistemi