Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Şirvan-Salyan Regional Məşğulluq filialı tərəfindən Salyan şəhərində əmək yarmarkası keçirilib.
“Report”un Aran bürosunun məlumatına görə, tədbirdə Dövlət Məşğulluq Agentliyin, tərəfdaş şirkətlərin rəhbər şəxsləri və əməkdaşları iştirak ediblər.
İşəgötürənlər tərəfindən müvafiq vakansiyalara dair tələblər barədə ətraflı məlumat verilib, işsiz və işaxtaran şəxslərə 24 işəgötürən tərəfindən 123 boş iş yerləri (əməkhaqqı 350-1000 manat aralığına) təqdim olunub.
Filial tərəfindən təqdim olunmuş vakansiyalara dair tələblər təhlil olunaraq işsiz və işaxtaran şəxs kimi qeydiyyatda olan -vətəndaşla iş aparılıb, uyğun namizədlər tədbirə cəlb edilib.
Cəlb edilmiş şəxslər sirasında müharibə iştirakçıları, qazilər və sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslər yer alıblar.
İşəgötürən tərəfindən vakansiyalara müraciət edən şəxslərin CV-ləri qəbul edilərək nəzərdən keçirilib, uyğun namizədlər növbəti mərhələyə dəvət olunublar.