Agentlik: "Əlillik təyinatı ilə bağlı imtina cavabı alan şəxslərin sayı minimuma enib"

Agentlik: "Əlillik təyinatı ilə bağlı imtina cavabı alan şəxslərin sayı minimuma enib" “Əsas təyinatımız elektron platforma üzərindən həyata keçirilir. Müəyyən vətəndaşlarımız bunu düzgün hesab etməyə bilər. Bunun üçün TSEK-lərə müraciət edə bilərlər”.
Sosial müdafiə
10 İyun , 2022 11:57
Agentlik: Əlillik təyinatı ilə bağlı imtina cavabı alan şəxslərin sayı minimuma enib
Anar Bayramov

“Əsas təyinatımız elektron platforma üzərindən həyata keçirilir. Müəyyən vətəndaşlarımız bunu düzgün hesab etməyə bilər. Bunun üçün TSEK-lərə müraciət edə bilərlər”.

“Report”un məlumatına görə, bunu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədri Anar Bayramov deyib.

Onun sözlərinə görə, əlillik təyinatı ilə bağlı elektron platforma üzərindən verilən qərarların 80 faizi əyani müayinədə də öz əksini tapır: “Səhv olaraq imtina cavabı alan şəxslərin sayı minimuma enib. Bütün struktur bölmələrimizin nümayəndələri bölgələrdə görüşlər keçirir. Bu qəbul əsasında da vətəndaşların müraciətlərinə yerində baxırıq. Ötən il hər gün 170 əlillik təyin olunurdusa, bu il 204-ə çatıb”.

Son xəbərlər

Orphus sistemi