“Ötən il əlillik təyinatı ilə bağlı qiymətləndirməyə 80 mindən artıq forma daxil olub”.
“Report” xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədri Cavid Əbdül-Qədirov “Sosial saat”da deyib.
Onun sözlərinə görə, həmin şəxslərdən cəmi 31%-ə təyinat verilib.
Sədr qeyd edib ki, əlillik təyinatlarının kəsilməsi ilə bağlı müraciətlərin çoxu əsassızdır: “Araşdırmaların yekununda məlum olur ki, sadəcə təyin olunan müddət başa çatıb və yenidən aidiyyəti üzrə müraciət edilməlidir”.