"Ötən il əlillik təyinatı ilə bağlı 78 min göndərişdən 25 mini əsaslı, qalanları isə əsassız olub".
"Report" xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədri Anar Bayramov deyib.
"Bu da o deməkdir ki, 60-70 faiz məlumatlar yanlış olur", - o vurğulayıb.