Azərbaycanda 100-ü uşaq olmaqla 154 zorakılığa məruz qalan şəxsə sosial xidmət göstərilib.
"Report" xəbər verir ki, bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev dekabrın 6-da Bakıda keçirilən "Məişət zorakılığının qarşısının alınması: imkanlar və perspektivlər" mövzusunda beynəlxalq konfransda çıxış zamanı deyib.
Onun sözlərinə görə, Sosial Xidmətlər Agentliyinin Məişət zorakılığından zərər çəkmiş şəxslərə yardım mərkəzi şöbəsində ötən dövrdə 154 zorakılığa məruz qalan şəxsə xidmət göstərilib: "Onlardan 100-ü uşaqdır. Ən çox ailədaxili münaqişələrdən əziyyət çəkən şəxslər məişət zorakılığı ilə üzləşir. Azyaşlı qızların təhsildən kənarlaşdırılması bu sahədə ən böyük riskimizdir. Ona görə də təhsil bu sahədə ən güclü silah olmalıdır".