“Hazırda vakansiya bankında 30 minə yaxın iş imkanı mövcuddur”.
“Report” xəbər verir ki, bunu Dövlət Məşğulluq Xidmətinin rəisi Mustafa Abbasbəyli deyib.
O bildirib ki, vakansiyalar üzrə əməkhaqqı 250 manatdan 9 500 manatadək dəyişir: “İstənilən şəxs öz bilik və bacarığına uyğun vakansiya seçib göndəriş formalaşdıra bilər. Göndərişlərin işsiz şəxsə uyğunluğu məşğulluq mərkəzləri tərəfindən təsdiq edilərək işəgötürənlərə yönləndirilir”.
Xidmət rəisi qeyd edib ki, yaxın vaxtlarda vakansiya bankı yeni innovativ yanaşma ilə fəaliyyət göstərəcək: “Süni zəkanın köməyi ilə iş axtaranlara vakansiya, işçi axtaranlara isə müvafiq əməkdaş insan müdaxiləsi olmadan təklif olunacaq”.