Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyi əmək müqaviləsi bildirişləri altsisteminin təkmilləşdirilməsi ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
"Report" vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi "Virtual Azərbaycan Qrup of Kompani" MMC-dir.
Qalib şirkətə 678,5 min manat ödəniləcək.