Azərbaycanda fiziki və cinsi zorakılığa məruz qalan qadınların 70 %-i bu halları gizlədir

Azərbaycanda fiziki və cinsi zorakılığa məruz qalan qadınların 70 %-i bu halları gizlədir ​​​​​​​Azərbaycanda fiziki, yaxud cinsi zorakılığa məruz qalan qadınların təqribən 70 faizi dövlət orqanlarına və ya rasmi xidmət müəssisələrinə heç vaxt yardım üçün müraciət etməyiblər.
Sosial müdafiə
29 Dekabr , 2020 16:21
Azərbaycanda fiziki və cinsi zorakılığa məruz qalan qadınların 70 %-i bu halları gizlədir

Azərbaycanda fiziki, yaxud cinsi zorakılığa məruz qalan qadınların təqribən 70 faizi dövlət orqanlarına və ya rasmi xidmət müəssisələrinə heç vaxt yardım üçün müraciət etməyiblər.

"Report" xəbər verir ki, bu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2019-cu il üzrə illik məlumatında əksini tapıb.

Aparılan tədqiqatlara görə, müraciət edən qadınların bunu etməsinin səbəbi isə onların zorakılığa artıq dözə bilməməsi (63.6 faiz), yaxud çox ağır xəsarət alması (48.1) ilə bağlı olur. Zorakılıqdan xəsarət almış qadınların 36 faizi nəticədə tibbi yardıma ehtiyac duyub və 81 faizi tibbi yardım alıb. Qadınların 67.1 faizi tibb işçilərinə xəsarətin həqiqi səbəbini deməyiblər.

Qeyd edək ki, Azərbaycanda ilk dəfə hazırlanan hesabat Milli Məclisin sabah keçiriləcək iclasında dinləniləcək.

Son xəbərlər

Orphus sistemi