"Qarşıdakı aylarda qazilərin reablitasiya xidmətlərindən istifadəsi üçün yeni rezervasiya sisteminin istifadəyə verilməsi planlaşdırılır".
"Report" xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədri Anar Bayramov deyib.
"Bununla qazi özü xidmət almaq istədiyi reablitasiya mərkəzini, tarixi və vaxtı müəyyən edə bilər", - o bildirib.