"Yaxın vaxtlarda Bakıda daha bir ASAN xidmət mərkəzi açılacaq".
"Report" xəbər verir ki, bunu Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, yeni mərkəz Nərimanov rayonu ərazisində olacaq: "Qeydiyyat yerindən asılı olmayaraq bütün vətəndaşlar həmin mərkəzin xidmətindən yararlana biləcəklər".