"Bakının Binəqədi rayonunda yaxın zamanlarda növbəti Dost Mərkəzinin açılması nəzərdə tutulur".
“Report” xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov deyib.
O qeyd edib ki, yanvar ayı ərzində pensiya məbləğinin artırılması ilə bağlı dəqiq rəqəmlərin deyilməsi mümkün olacaq.