“İstənilən halda bütün amputasiya halları müddətsiz əlillik təyinatı üçün səbəbdir”.
“Report” xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlillik siyasəti şöbəsinin müdiri Sabir Qocayev deyib.
O qeyd edib ki, yeni meyarlarda olan yeniliklərdən biri də fərqli kombinə olunan xəstəliklər üzrə əlillik dərəcəsinin ayrı aparılmasıdır: “Misal olaraq, danışıb-eşidə bilməyən şəxslərin müddətsiz olaraq əlillik təyinatı üçün dəyərləndirmə olacaq”.