Dünyada hər 11 dəqiqədə bir qadın və ya qız ailə üzvləri tərəfindən öldürülür.
"Report" xəbər verir ki, bu barədə BMT-nin Narkotiklər və Cinayətkarlıqla Mübarizə İdarəsinin rəhbəri Qada Fəthi Valinin dünya ölkələrinə müraciətində deyilir.
O, diqqəti məişət zorakılığının artması və koronavirus pandemiyası fonunda qadınların hüquqlarının pozulmasına yönəldib.
Təşkilatın hesabatına görə, 2020-ci ildə dünya üzrə 47 000 qadın və ya qız həyat yoldaşı və ya qohumları tərəfindən öldürülüb.
BMT rəsmisi diqqətə çatdırıb ki, ümumilikdə dünyada hər beş hadisədən biri məişət zorakılığı ilə bağlıdır. Məişət zorakılığına məruz qalanların 58 faizi qadın və qızlardır.