“Bu günə qədər 3 444 nəfər hərbi səbəblərə görə müayinə olunub, onlardan 1 537 nəfərə əlillik təyinatı aparılıb”.
“Report” xəbər verir ki, bunu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Tibbi-sosial ekspertiza xidmətinin təşkili departamentinin müdir müavini İlkin Yusifov deyib.
Onun sözlərinə görə, həmin müayinələr zamanı 1 853 nəfərə imtina qərarı verilib: “1 580 nəfərə isə əlillik əlaməti təyin edilməməsi səbəbindən imtina verilib”.