Bu ilin yanvar-oktyabr ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 106 569 doğulan körpə qeydə alınıb.
Dövlət Statistika Komitəsindən "Report"a verilən məlumata görə, əhalinin hər 1 000 nəfərinə bu göstərici 12,8 təşkil edib.
Doğulanların 53,3 faizi oğlan, 46,7 faizi isə qız uşaqlarıdır.
Körpələrdən 2 842-si əkiz, 96-sı üçəm, 4-ü isə dördəm doğulanlardır.