“Azərbaycanda övladlığa götürmə ilə bağlı süründürməçilik və brokratik əngəllər yoxdur. Lazımi prosedur qaydaları həyata keçirildikdən sonra uşağın ailəyə uyğunluğu, ailənin sosial vəziyyəti araşdırılır”.
“Report” xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin İdarə Heyəti sədrinin müavini Faiq Ağayev “Sosial saat”da çıxışı zamanı deyib.
Sədr müavini qeyd edib ki, uşaq o ailəyə verilir ki, ailənin onu saxlamaq üçün imkanları olsun: “Adətən elə ailə olur ki, yaşlı olduğunu və uşağın böyüdükdən sonra ona baxmalı olduğu düşüncəsi ilə övladlıq uşaq istəyirlər”.
F.Ağayev əlavə edib ki, bu il 41 uşaq övladlığa verilib: "Övladlığa verilən uşağın sonrakı aqibəti də monitorinqlər zamanı müşahidə olunur".