Bu il Azərbaycanda 30 üçəm doğulub

Bu il Azərbaycanda 30 üçəm doğulub Bu ilin yanvar-may aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 47156 doğulan körpə qeydə alınmış və əhalinin hər 1000 nəfərinə bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə dəyişməyərək eyni səviyyədə (11,4) qalmışdır.
Sosial müdafiə
15 İyul , 2021 10:08
Bu il Azərbaycanda 30 üçəm doğulub

Bu ilin yanvar-may aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 47 156 doğulan körpə qeydə alınıb.

"Report" xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin yaydığı məlumatda bildirilib.

Qeyd olunub ki, əhalinin hər 1000 nəfərinə bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə dəyişməyərək eyni səviyyədə (11,4) qalıb.

Doğulanların 53,1 faizi oğlan, 46,9 faizi isə qız uşaqlarıdır. Doğulan körpələrdən 1180-i əkiz, 30-u isə üçəm olub.

Son xəbərlər

Orphus sistemi