"Bu ilin ilk 6 ayı ərzində övladlığagötürmə ilə bağlı 182 müraciət olub ki, bunun da 58-i müəssisədən övladlığagötürmə ilə bağlıdır".
"Report" xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov keçirdiyi mətbuat konfransında deyib.
Agentlik sədri bildirib ki, həmin müddətdə 28-i qız, 26-sı oğlan olmaqla ümumilikdə 54 uşaq övladlığa verilib: “31 uşaq isə müəssisəmizdən ailələrinə qaytarılıb”.