Bu il qazilərə əlillik təyinatının 43 %-i məhz psixi pozuntularla bağlı olub

Bu il qazilərə əlillik təyinatının 43 %-i məhz psixi pozuntularla bağlı olub Qazilərə əlillik təyinatının 43 %-i məhz psixi pozuntularla bağlı olub.
Sosial müdafiə
27 Noyabr , 2023 17:03
Bu il qazilərə əlillik təyinatının 43 %-i məhz psixi pozuntularla bağlı olub

Qazilərə əlillik təyinatının 43 %-i məhz psixi pozuntularla bağlı olub.

“Report” xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev parlamentdə gələn ilin dövlət büdcəsinin III oxunuşda müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, bu ilin 10 ayı ərzində 41 min şəxsə əlillik təyinatı aparılıb. Bunların da yarısı yeni, digərləri isə təkrar olub: "Komissiyanın tərkibində aidiyyəti dövlət qurumlarının ekspertləri dəvət olunur. Narazılıq edən kiçik qrup qalıb və 4-5 dəfə komissiyada olub. Onlara da dəfələrlə əlillik təyinatı düşmədiyi deyilib. Amma insan bununla razılaşmaq istəmir, hüququnu tanıyırıq və gedib iki aydan sonra yenidən sənədlərlə müraciət edir. Bir daha qəbul edirik və cavabı yenidən bildiririk. Bu gün müharibə ilə bağlı 6 300 şəhadətləndirilmiş vətəndaş olub. Şəhadətlənmə əlillik üçün yox, yüngül yaraya da verilir ki, ona birdəfəlik sosial sığorta ödənişi verilsin. Onlardan 4 021 nəfərə əlillik təyin edilib. Meyarlar keçən il yumşaldıqdan sonra 1 700-ə yaxın insanı əlavə olaraq əhatə etdik. Psixi xəstəliklərlə əlaqəli əlillik təyinatına gəlincə, 4 021 nəfərin 43 %-i məhz kəllə-beyin travması və bunun nəticəsində yaranan psixi pozuntularla bağlıdır. Səhiyyə Nazirliyinin psixiatrları dəvət olunmuşdu və qazilər qəbul edildi. Ümumi əlillik təyinatının 43 %-i məhz psixi pozuntularla bağlı olub. Psixi xəstəliklər üzrə əlavə 32 ağırlaşma dərəcəsi də müəyyən etmişdik. Təbii ki, bunun heç birinə uyğun gəlməyən insana qanunvericiliyə zidd olaraq əlillik təyin edilə bilməz".

Son xəbərlər

Orphus sistemi