Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri bu ilin ilk ayında 2 717 nikah və 1 179 boşanma halları qeydə alıb.
"Report" xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Qeyd olunub ki, əhalinin hər 1 000 nəfərinə nikahların sayı 3,2, boşanmaların sayı isə 1,4 olub.