Bu ilin birinci rübündə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən 426 min nəfərə sosial müavinət, 368 min nəfərə Prezidentin aylıq təqaüdü ödənilib.
Bu barədə "Report"a nazirlikdən məlumat verilib.
Həmin dövrdə əhaliyə sosial müavinətlər üzrə ötən ilin müvafiq dövrünə nisbətən 24 faiz çox olmaqla 244 mln. manat, Prezident təqaüdləri üzrə 21 faiz çox olmaqla 159 mln. manat ödənilib.
Son 3 ayda 34 min, sosial ödənişlərin elektron təyinatına başlandığı 2019-cu ildən 463 min müavinət və təqaüd təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.