Cəlilabadın fasiləsiz elektrik enerjisi ilə təmin edilməsi məqsədi ilə rayonun elektrik təsərrüfatı yenidən qurulur.
"Report"un Muğan bürosunun məlumatına görə, Cəlilabad rayonu üzrə 14 kənddə - Buravar, Xanəgah, Babalı, Alar, Kazımabad, Zopun, Kürdlər, Günəşli, Üçtəpə, Şorbaçı, Xanılı, Gülməmmədli və Söyüdlü kəndlərində) 25 ədəd zədələnmiş transformator yenisi ilə əvəz edilmiş, 6 ərazidə isə - Cəlilabad şəhərində, Sabirabad, Günəşli, Buravar, Alar, Məmmədrzalı kəndlərində 6 ədəd transformator əsaslı təmir olunub.
Cəlilabad yarımstansiyasında 8, 6, 11 saylı, Göytəpə yarımstansiyasında 2, 4, 5, 7, 8 saylı hava xətlərində təmir bərpa işləri aparılıb. Cəlilabad rayonu ərazisində 390 ədəd elektrik dayağı, 4470 metr naqil və 800 ədəd izolyator yenisi ilə əvəz edilib. Rayonun 12 kəndində Təzəkənd, Hamarqışlaq, Allahverən, Güneyli, Xəlilli, Albalan, Qamışlıgöl, Sadatlı, Məşədilər, Novruzallı, Məlikqasımlı, Yusublu kəndlərində 10 və 0.4 KV-luq hava xətləri, elektrik dayaqları, transformator məntəqələri yenilənir.
Təzəkənd kəndində abonentlərin yeni kabelləşmiş şəbəkəyə köçürülməsinə başlanılıb. Muğan kəndində yeni güc mərkəzinin yaradılması məqsədi ilə 250 və 160 kVa gücündə transformatorların quraşdırılması üçün 10 kV-luq dayaqlar basdırılıb.
Cəlilabad şəhərinin Səttərxan küçəsində Şəhid ailəsinin fərdi yaşayış evinin elektrik enerjisi ilə təmin edilməsi üçün 10 ədəd dayaq basdırılıb və 300 metr kabel çəkilib. Cəlayir yarımstansiyasında Ləkin hava xəttində 35 KV-luq yağ açarı əsaslı təmir olunub. Cəlilabad rayonu üzrə “Asan Xidmət” mərkəzinə müraciət etmiş abonentlər üçün 16 ədəd dayaq quraşdırılmış və 6386 metr kabel çəkilib.