Vətən müharibəsi şəhidlərindən olan İsrafil İbrahimovun və Qüdrət Adişovun ailə üzvləri üçün də özünüməşğulluq proqramı çərçivəsində kiçik istehsal müəssisələri yaradılıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən "Report"a verilən məlumata görə, lazımi avadanlıq verilməklə şəhid İsrafil İbrahimovun anası Səbinə İbrahimova (Nərimanov rayonu) üçün un məmulatlarının istehsalı, şəhid Qüdrət Adişovun anası Yaqut Adişova (Sabunçu rayonu) üçün isə tekstil məhsullarının istehsalı müəssiəsi qurulub.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli və digər əməkdaşlar hər iki ailə ilə görüşüblər. Həmçinin ailələr üçün yaradılmış kiçik müəssisələrə də baxış olub.
Şəhid ailələrinin sosial vəziyyətlərinin daim diqqətdə olduğu, onların sosial dəstəklə təminatı işlərinin bundan sonra da davam edəcəyi bildirilib.