Vətən müharibəsində yaralanmış daha üç qazimiz yüksək texnologiyalı protezlərlə təmin edilib.
"Report" xəbər verir ki, bununla bağlı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzində tədbir keçirilib.
Tədbir zamanı müharibədə yaralanmış daha üç qazimiz - Ziya Ağami oğlu Kazımov, Rəşad Amin oğlu Əliyev və Kənan Nadir oğlu Musayev yüksək texnologiyalı protezlərlə təmin edilib. Həmçinin müasir protezlərin üstünlükləri nümayiş olunub, tibbi-sosial ekspertiza və reabilitasiya sahəsində görülən işlər və hədəflərə dair məlumat verilib.
Qazilər yüksək texnologiyalı protezlərlə təmin olunduqları üçün Ali Baş Komandan İlham Əliyevə təşəkkürlərini bildiriblər.