Son 6 ayda əmək qanunvericiliyinin pozulmasına dair 1241 hal aşkarlanıb.
"Report" xəbər verir ki, bunu Dövlət Əmək Müfəttişliyi Xidmətinin (DƏMX) rəis müavini Nərmin Mirzəyeva deyib.
O bildirib ki, bu pozuntulara görə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə cərimələr tətbiq edilib. Araşdırmalar nəticəsində 41 nəfər öz işinə bərpa edilib.
"Əmək münasibətlərinin ən çox pozulduğu sahələr rəsmiləşdirilmə aparılmadan işçilərin əməyə cəlb olunması, əməkhaqlarının qanunvericiliyə uyğun ödənilməməsidir. Həmçinin, işçilərin bədbəxt hadisələrdən, peşə xəstəliklərindən sığorta edilməməsi və əməyin mühafizəsi sahəsində işəgötürənlərin qanunvericilik hallarını pozması da bunların sırasındadır", - N.Mirzəyeva vurğulayıb.