Dövlət Əmək Müfəttişliyi Xidməti 477 hüquq pozuntusu aşkar edib

Dövlət Əmək Müfəttişliyi Xidməti 477 hüquq pozuntusu aşkar edib Bu barədə Xidmətin yanvar-aprel ayına olan hesabatında qeyd olunub
Sosial müdafiə
9 May , 2021 09:37
Dövlət Əmək Müfəttişliyi Xidməti 477 hüquq pozuntusu aşkar edib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti daxil olmuş müraciətlərin araşdırılması zamanı 477 hüquq pozuntusu aşkar edib.

"Report" xəbər verir ki, bu barədə Xidmətin yanvar-aprel ayına olan hesabatında qeyd olunub.

Bildirilib ki, hüquq pozuntuları əsasən əmək müqavilələrinin bağlanılmaması və ya onun şərtlərinin yerinə yetirilməməsi, məzuniyyət hüquqlarının pozulması, qanunvericiliyin tələbləri pozulmaqla əmək müqavilələrinə xitam verilməsi və s. ilə bağlı olub.

Aşkar olunan hüquq pozuntularının aradan qaldırılması üçün qanunvericilik çərçivəsində tədbirlərin görülməsi təmin olunub. Eyni zamanda, hüquq pozuntularına yol vermiş işəgötürənlərə əmək qanunvericiliyinin müvafiq məsələlərə dair tələbləri barədə məlumatlar verilib.

Son xəbərlər

Orphus sistemi