Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Himalay Məmişov kirayədə qalan şəxslərin sosial yardım almaq prosedurundan danışıb.
"Report"un məlumatına görə, o, "2021-ci ilin yekunlarına dair" mətbuat konfransında kirayədə qalmağın şəxslərin sosial yardım almasına maneə olmadığını bildirib.
Onun sözlərinə görə, vətəndaş sosial yarrdım almaq üçün müraciət edərkən kirayə qaldığı ilə bağlı məlumatlar fonda təqdim edir. Bundan sonra kirayə xərcləri də həmin vəsaitə əlavə olunur".