Elgün Səfərov: Dünyada 1 milyard 400 milyon uşaq yoxsulluqdan əziyyət çəkir

Elgün Səfərov: Dünyada 1 milyard 400 milyon uşaq yoxsulluqdan əziyyət çəkir Dünyada 1 milyon 400 mindən çox uşaq yoxsulluqdan əziyyət çəkir.
Sosial müdafiə
16 İyul , 2024 12:24
Elgün Səfərov: Dünyada 1 milyard 400 milyon uşaq yoxsulluqdan əziyyət çəkir

Dünyada 1 milyard 400 milyon uşaq yoxsulluqdan əziyyət çəkir.

"Report" xəbər verir ki, bunu Ailə Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsinin şöbə müdiri, hüquq üzrə fəlsəfə doktoru, BMT-nin CEDAW Komitəsinin üzvü Elgün Səfərov "Media və uşaq hüquqları" dərs vəsaitinin təqdimatında deyib.

"Dünyada uşaqların üzləşdiyi çətinliklər, problemlər, onların hüquqlarının pozulmasının fonunda Azərbaycanda medianın bu sahədə həssaslığı vacibdir. Təəssüf ki, ölkəmizdə də sosial şəbəkələrdə uşaq hüquqları ciddi şəkildə pozulur. Hər hansı şəxs istənilən axtarış sistemlərində "uşağın döyülməsi" yazaraq axtarış versə, onlarla məlumat, görüntü, uşaqların üzü görünən fotoşəkillər, hətta videogörüntülər çıxa bilər. Bu cür məlumatların paylaşılması bir çox hallarda həmin uşaqlara qarşı şantaj vasitəsi kimi də istifadə oluna bilir və təəssüf ki, onun mənfi nəticələri bununla kifayətlənmir", - şöbə müdiri vurğulayıb.

O əlavə edib ki, uşaq hüquqlarını pozan, şiddət, döyülmə kimi görüntüləri yayan media obyektlərinin əksəriyyəti internet televiziyaları, bir neçəsi isə hər kəsin tanıdığı, izlədiyi ənənəvi telekanallardır.

Son xəbərlər

Orphus sistemi