Gələn il Azərbaycanda fövqəladə halların nəticələrinin aradan qaldırılmasına 20,0 milyon manat vəsait ayrılacaq.
“Report” xəbər verir ki, bu, 2021-ci il dövlət büdcəsinin layihəsində əksini tapıb.
Eyni zamanda, ölkədə dövlət ehtiyatlarının (ərzaq, dərman, tibbi ləvazimatlar, avadanlıq və yanacaq ehtiyatı) yaradılması üçün 30,0 milyon manat vəsait nəzərdə tutulub.