Gələn il maaş, pensiya və təqaüdlərin nə qədər artacağı məlum olub

Gələn il maaş, pensiya və təqaüdlərin nə qədər artacağı məlum olub "Gələn il əməkhaqqı orta hesabla 40-50 faiz, pensiyaların həcmində orta hesabla 40-45 manat artım olacaq".
Sosial müdafiə
6 Dekabr , 2021 12:20
Gələn il maaş, pensiya və təqaüdlərin nə qədər artacağı məlum olub
0 : 00
0 : 00

"Gələn il əməkhaqqı orta hesabla 40-50 faiz, pensiyaların həcmində orta hesabla 40-45 manat artım olacaq".

"Report"un xəbərinə görə, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

Onun sözlərinə görə, 2022-ci ildə təqaüdlərin və sosial müavinətlərin bəzilərinin həcmində iki dəfəyə yaxın artımlar olacaq və ona görə də bahalaşma fonunda sosial rifahını qoruyan addımlar da atılmalıdır: "Milli Məclisdə gedən büdcə müzakirələri zamanı qeyd olundu ki, gələn ilin birinci yarısında bahalaşma tamamilə dayana bilər. Bu il inflyasiya orta hesabla 8-10 faiz həcmində idisə, gələn il 3-4 faizə qədər enə bilər və bu, qazancın xərci üstələməsi deməkdir".

Son xəbərlər

Orphus sistemi