Gəncə şəhərində Ermənistan silahlı qüvvələrinin atdığı raket nəticəsində şəhid olan mülki şəxslər anılır.
"Report"un Qərb bürosunun məlumatına görə, şəhər ictimaiyyəti, rəsmi şəxslər, idarə və müəssisə əməkdaşları "Qələbə parkı" adlanan ərazisin yaxınlığında baş vermiş terror hadisəsi zamanı yaranmış dağıntılara baş çəkiblər. Burada dünyasını dəyişən insanların ruhuna hörmət əlaməti olaraq gül dəstələri düzülür, ruhlarına dualar oxunur.
Hazırda 2020-ci il oktyabrın 11-də raket atəşinə tutularaq ondan çox insanın ölümünə səbəb olan terror hadisəsinin baş verdiyi əraziyə insan axını davam edir.