Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) Qarabağ Dirçəliş Fonduna daha 50 min manat vəsait köçürüb.
Bu barədə "Report"a AHİK-dən məlumat verilib.
Şərqi Zəngəzurda və Qarabağda aparılan abadlıq-quruculuq işlərinə dəstəyin davamı olaraq AHİK-in İcraiyyə Komitəsinin növbəti qərarı ilə daha 50 000 manat vəsait Fondun hesabına köçürülüb.
Qeyd edək ki, AHİK İcraiyyə Komitəsinin 28 yanvar və 11 mart 2021-ci il tarixli qərarları ilə Fondun hesabına ümumilikdə 600 000 manat köçürülüb.