“İndiyədək hərbi səbəblərə görə əlilliyi olan 2 461 nəfərin əyani müayinəsi aparılıb”.
“Report” xəbər verir ki, bunu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədr müavini Mətanət Məmmədova deyib.
Onun sözlərinə görə, yoxlamaların aparılmasının məqsədi əlillik təyinatının haqqı olan şəxslərə şamil edilməsidir: “Sui-istifadə hallarının qarşısı qətiyyətlə alınacaq”.