"Hərbi səbəblərlə əlaqədar əlilliyi olan şəxslərin əyani müayinəsində əsas məqsəd sui-istifadə edən şəxslərin aşkarlanmasıdır".
“Report” xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədr müavini Mətanət Məmmədova deyib.
O bildirib ki, bu müayinələr zamanı bəzi hallarda hiper diaqnostikaya yol verildiyi, yaxud şəhadətnamələrdə yazılan diaqnozla vətəndaşın müraciət etdiyi diaqnozun fərqli olması müəyyən edilir: “Hərbi səbəblərlə əlaqədar əlillik müayinələri açıqdır. İctimai Şuranın üzvləri bu müayinələrdə iştirak edir. Digər qurumların üzvləri də prosesdə mütamədi iştirak edir. Tam şəffaf və obyektiv keçməsinə şahid olurlar”.