Birinci Qarabağ müharibəsi əlillərinə indiyədək ödənilən vəsait açıqlanıb.
"Report"un xəbərinə görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov I Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəmələrin verilməsi ilə bağlı mətbuat konfransında məlumat verib.
Onun sözlərinə görə, 11 minədək şəxsə ödənilən birdəfəlik ödənişlə bağlı indiyədək 67 milyon manata yaxın vəsait xərclənib.