“İraq həbsxanalarında və uşaq evlərində yaşayan 194 nəfər Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların ölkəyə qayıtmasından sonra 100-ə yaxın uşaq dövlət qeydiyyatına alınıb”.
“Report” xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin rəisi Reyhanə Kərimova 2020-ci ilin yekunlarına həsr olunmuş videokonfransda deyib.
Qeyd edək ki, həmin şəslər 2020-ci ildə İraq Respublikasından Azərbaycan Respublikasının vətəndaşlarının repatriasiyası istiqamətində aparılan təxliyə prosesi nəticəsində Vətənə qaytarılıb.