İşsizlikdən Sığorta Fondunun 2021-ci il üçün gəlirləri və xərcləri açıqlanıb.
"Report"un xəbərinə görə, bu, Azərbaycan Respublikasının 2021-ci ilin dövlət və icmal büdcələrinin ilkin göstəriciləri layihəsində yer alıb.
Sənəddə qeyd edilib ki, İşsizlikdən Sığorta Fondunun gəlirləri və xərcləri bərabər olaraq 152,4 milyon manat nəzərdə tutulur.
Qeyd edək ki, 2020-ci il üçün İşsizlikdən Sığorta Fondun gəlirləri və xərcləri 151 milyon 235 min 400 manat məbləğində təsdiq edilib.